RU

Qrossi: BAEA müfəttişlərinə İranın zədələnmiş nüvə obyektlərinə hələ də giriş icazəsi verilməyib

Bakı, 2 dekabr, AZƏRTAC

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mütəxəssislərinə İranın bombardman nəticəsində zədələnmiş Natanz, İsfahan və Fordo nüvə obyektlərinə hələ də giriş icazəsi verilməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin baş direktoru Rafael Qrossi Avstriyanın “Die Presse” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, BAEA müfəttişləri hələ də İrandadır. İranın nüvə obyektlərinə iyun ayında edilən hücumlardan sonra yoxlamalar dayandırılıb. “Böyük obyektlərə ciddi ziyan dəydi və təhlükəsizlik baxımından yoxlamalar mümkün olmadı. Hücumlardan sonra İran agentliklə əməkdaşlığını məhdudlaşdırdı. Biz dialoqa çağırdıq, Qahirədə danışıqlar apardıq və razılığa gəldik. Müfəttişlərimiz hücuma məruz qalmayan bütün obyektlərə baş çəkdilər. Amma Natanz, İsfahan və Fordoya hələ də çıxışımız yoxdur”, - deyə Qrossi qeyd edib.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə ABŞ İranın Natanz, Fordo və İsfahandakı üç əsas nüvə obyektini bunker əleyhinə bombalarla vurub.

Избранный
84
azertag.az

1Источники