RU

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib

Bakı. Trend:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın2-də davam etdirilib.

Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə və zərərçəkmiş şəxslərin hüquqi varislərinə məhkəməheyətini, dövlət ittihamını müdafiə edən prokurorları,tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklənəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Sonra zərərçəkmiş şəxslərin ifadələri dinlənilib.

Zərərçəkmiş Elşən Babayev dövlət ittihamçısı Vüsal Abdullayevinsuallarını cavablandıraraq bildirib ki, Ağdərə rayonu ərazisindəErmənistan ordusunun qalıqları və qanunsuz erməni silahlı dəstələritərəfindən atılan tankəleyhinə mərminin yaxınlıqlarında partlamasınəticəsində Tural Əmirov və Elçin Salmanov həlak olub, o və YusifHəsənov isə yaralanıblar.

Dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıranzərərçəkmiş Elvin Məmmədov qeyd edib ki, Xocalı rayonununSərdarkənd kəndi ərazisində düşmən tərəfindən atılan minaatanmərmisinin yaxınlığına düşüb partlaması nəticəsində o və KamranHəsənov yaralanıb. Əlavə edib ki, həmin vaxt düşmən minaatan,snayper və digər silahlarla atəş açırdı.

Zərərçəkmiş Xalid Şükürlü ifadəsində bildirib ki, Xocalırayonunun Malıbəyli kəndi ərazisində düşmənin atdığı minaatanmərmisinin partlaması nəticəsində xəsarət alıb. Həmin hadisə zamanıSadiq Məmmədov və Nicat Əhmədzadə də yaralanıblar.

Dövlət ittihamçısı Fuad Musayevin suallarını cavablandıranzərərçəkmiş Taleh Hümbətzadə qeyd edib ki, Xocavənd rayonununYenikənd kəndi ərazisində Ermənistan ordusunun qalıqları vəqanunsuz erməni silahlı dəstələrinin atdığı artilleriya mərmisininyaxınlığına düşərək partlaması nəticəsində yaralanıb. Hadisə zamanıCavid Şavqatlı da xəsarət alıb.

Zərərçəkmiş Fazil Əmirli Baş prokurorun böyük köməkçisi VüsalƏliyevin suallarını cavablandıraraq bildirib ki, Xocalı rayonununMalıbəyli kəndi ərazisində düşmənin açdığı atəşlər nəticəsində o,Seyfəddin Cabbarov və Kamran Nəcəfov yaralanıblar.

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsininşöbə rəisi Nəsir Bayramovun suallarını cavablandıran İlqar Qasımovdeyib ki, Xocalı rayonu istiqamətində düşmən tərəfindən basdırılmışminanın partlaması nəticəsində o və Hüseyn Hüseynov xəsarətalıblar.

Məhkəmə prosesi sənədlərin və cinayət işi materiallarında olandigər sübutların tədqiqi ilə davam etdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 5-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.

Trend xatırladır ki, Azərbaycan RespublikasıCinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibəcinayətləri, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digərmaddələri ilə təqsirləndirilən, Ermənistan vətəndaşı RubenVardanyanın barəsində başlanılmış cinayət işinin ibtidai istintaqıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindəaparılmışdır.

Избранный
276
49
az.trend.az

10Источники