RU

“PlayStation 5”in son versiyası təqdim edilib  

“Sony” şirkəti yenilənmiş “PlayStation 5”i təqdim edib. Oyun konsolunun baza versiyası mühüm yeniləmə alıb. Artıq cihazlarda maye metal əsaslı termal doldurucu istifadə olunur. Bu material istilik daşıyıcısının sızma ehtimalını azaldır və soyutma sisteminin effektivliyini daha da artırır.

“PS5” konsollarında yenilənmiş soyutma sistemi tətbiq edilir. Köhnə versiya ilə müqayisədə yeni modeldə termoplastik elementin quruluşu qismən dəyişdirilib. Bu dizayn cihazın sıradan çıxma riskini azaltmağa kömək edəcək.

Ülkər XASPOLADOVA ,

“Azərbaycan”

Избранный
45
1
azerbaijan-news.az

2Источники