RU

Rutte: Ukraynanın NATO-ya üzvlüyü barədə razılıq yoxdur

Rutte: Ukraynanın NATO-ya üzvlüyü barədə razılıq yoxdur

NATO Baş Katibi Mark Rutte bildirib ki, Ukraynanın Alyansa üzvlüyü ilə bağlı prinsiplərlə mövcud vəziyyət arasında fərq qoyulmalıdır və hazırda bu məsələ üzrə müttəfiqlər arasında razılıq mövcud deyil.

Rutte bu açıqlamaları Brüsseldə sabah keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata verib.

O, nazirlərin 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO sammitindən əvvəl ortaq təhlükəsizlik üçün artan təhdidləri müzakirə edəcəyini, ortaq müdafiəni gücləndirmək üçün atılan addımları nəzərdən keçirəcəyini bildirib. Rutte əlavə edib ki, müttəfiq nazirlər sabah eyni zamanda ukraynalı həmkarları ilə NATO-Ukrayna Şurası formatında görüşəcəklər.

Rutte Haaqada keçirilmiş 2025-ci il sammitində müttəfiqlərin müdafiə xərclərini artırmağa dair öhdəlik götürdüklərini də xatırladıb.

ABŞ-ın Ukraynada sülhün təmin olunması istiqamətində səylərini məmnuniyyətlə qarşıladığını qeyd edən Rutte bu davamlı səylərin nəticəsində Avropada sülhün bərpa olunacağından əmin olduğunu qeyd edib.

Rutte Rusiyanın Ukraynaya hücumlarının getdikcə daha qəddar olduğunu bildirərək, “Rusiya mülki infrastrukturu sistematik olaraq hədəfə alır. Rusiya bu müharibədə tək deyil. Çin Rusiyanın qəti dəstəkçisi olaraq qalır və Şimali Koreya da dəstək göstərir” deyib.

Избранный
36
3
afn.az

4Источники