RU

“Ayaks”ın yarımçıq qalan oyunu başa çatdı

Bakı. Trend:

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın növbətirəqibi olan “Ayaks”ın Niderland çempionatındakı “Qroningen”ləyarımçıq qalan ev matçı yekunlaşıb.

Trend xəbərverir ki, bazar günü azarkeşlərin atəşfəşanlıq şousu səbəbindən5-ci dəqiqədə dayandırılan qarşılaşma bu gün qaldığı yerdən davametdirilib. Matç Amsterdam təmsilçisinin 2:0 hesablı qələbəsi iləbaşa çatıb.

Tamaşaçısız keçirilən matçda “Ayaks”ın qollarını Qodts vəBouvman vurublar. Oyunun maraqlı məqamı tribunaya təkcə bir nəfərinazarkeş qismində çıxış etməsinə icazə verilməsi olub. Belə ki,stadiona yalnız ağır onkoloji xəstəlikdən əziyyət çəkən Piter adlıazarkeş buraxılıb.

Qeyd edək ki, statistik üstünlük “Qroningen”də olsa da, qələbənimeydan sahibləri qazanıb. Bu nəticədən sonra “Ayaks” turnircədvəlində 5-ci pilləyə yüksəlib və liderdən 14 xal geri qalır.

Xatırladaq ki, ÇL-in 6-cı turunun “Qarabağ” - “Ayaks” matçıdekabrın 10-da Bakıda Tofiq Bəhramov adına Respublika Stadionundakeçiriləcək və yerli vaxtla saat 21:45-də başlanacaq.

Избранный
56
2
az.trend.az

3Источники