NATO-nun baş katibi Mark Rutte Ukraynanın alyansa üzvlüyü ilə bağlı “prinsiplərlə mövcud vəziyyət arasında fərq qoyulmalıdır” deyə bildirib və hazırda bu məsələdə müttəfiqlər arasında konsensusun olmadığını qeyd edib.
Turkustan.az xəbər verir ki, Rutte sabah Brüsseldəki qərargahında keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısı öncəsi mətbuata açıqlama verib.
Rutte nazirlərin 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO sammiti ərəfəsində ümumi təhlükəsizliyə artan təhdidləri müzakirə edəcəklərini, çəkindirmə və ortaq müdafiəni gücləndirmək üçün atılan addımları nəzərdən keçirəcəklərini bildirib. O, həmçinin müttəfiq nazirlərin sabah NATO Ukrayna Şurası formatında ukraynalı həmkarları ilə görüşəcəklərini də açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az