Azərbaycanın qadınlardan ibarət millisi Dəkkə şəhərində keçirilən “FIFA Tri Nations Women”s Football Series 2025” turnirindəki ikinci oyununu da qələbə ilə başa vurub.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Banqladeş yığmasını 2:1 hesabı ilə üstələyərək turnirin qalibi adını qazanıb.
Yığmanın qollarını Sevinc Cəfərzadə (19) və Esra Manya (84) vurublar.
Qeyd edək ki, yığma turnirdəki ilk görüşündə Malayziyanı 2:0 hesabı ilə məğlub edib.