RU

"Çempionata köklənməkdən başqa yolumuz yoxdur" - "Neftçi"nin məşqçisi

style='margin-bottom:10px;'>

“120 dəqiqənin bitməsinə az qalmış buraxdığımız qol üzücü oldu. Azarkeşlərdən üzr istəyirəm”.

QOL.az xəbər verir ki, bu sözləri "Neftçi"nin məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/8 finalında "Zirə"yə 0:1 hesablı məğlubiyyəti şərh edərkən deyib.

Mütəxəssis matça hazırlıq üçün vaxtlarının az olduğunu, əsasən bərpaya diqqət yetirdiklərini bildirib:

“Rəqibin hücumlarının qarşısını ala bilirdik, bizim hücumlarımız da təhlükəli olurdu. Amma oyunun sonlarında qol buraxdıq”.

S.Qurbanov heyətlə bağlı, xüsusilə Cordan Rezabalanın meydana gec daxil olması və Bassala Sambunun oyunu ilə bağlı məsələlərə da toxunub. O, Sambunu qırmızı vərəqə riskinə görə əvəzlədiyini, orta xətdəki stabilliyi pozmamaq üçün isə Rezabalanı sona saxladığını qeyd edib.

Mütəxəssis son oalarq hazırda çempionata köklənməli olduqlarını vurğulayıb :

“Komanda yığılanda mən orada deyildim, amma yaxşı futbolçulardan ibarət kollektivik. Əlbəttə deyirik ki, komanda kimi hücum edib, müdafiə olunmalıyıq. Düzdür, top itkisindən sonra qol buraxdıq. Üzücü məqamdır. Psixoloji durumumuz o qədər pis deyil, sadəcə qeyri-stabillik var. Çempionata köklənməkdən başqa yolumuz yoxdur. Bir qələbə, bir pozitivlik komandaya çox kömək edəcək.”

Избранный
8
1
teleqraf.com

2Источники