RU

“Rodriqoya inanırıq, qolsuz seriyanı qıracaq”

“Real”ın baş məşqçisi Xabi Alonso Rodriqo Qoesin vəziyyətini şərh edib.  

90deqiqe.Az xəbər verir ki, jurnalist Fabrisio Romano təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

“Biz Rodriqoya inanırıq və ona güvənirik. Onun bacarığına heç kim şübhə edə bilməz. Rodriqo əla şəxsiyyətə malikdir, hər zaman yüksək əhval-ruhiyyə və zəhmətsevərlik nümayiş etdirib. Ümid edirik ki, bu mənfi seriyanı tezliklə qıracaq”.

Qeyd edək ki, hücumçu “kral klubu”nda ardıcıl 30 oyunda qol vura bilməyərək klub tarixində antirekorda imza atıb.Mövsüm ərzində Rodriqo Qoes 15 oyunda çıxış edib və 2 assist edib. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir, bazar qiyməti isə 80 milyon avro olaraq göstərilir.

Избранный
16
90deqiqe.az

1Источники