RU

FSB-nin binası dronların hücumu sonrası yandı

2 dekabr gecəsi Rusiyanın Çeçenistanına dronlar hücum edib. Yerli sakinlərin sözlərinə görə, Açxoy-Martan rayonundakı FSB binası atəşə tutulub: “FSB binası bir gecədə Çeçenistana edilən dron hücumu nəticəsində yanıb”.

Ukraynanın “Supernova+” Telegram kanalı Çeçenistanda Qudermesə dronların hücum etdiyini göstərən video yayımlayıb. Kanalın məlumatına görə, dronların hədəfi “Axmat” alayının yerləşdiyi yer olub. Rusiya Müdafiə Nazirliyi bu səhər 45 PUA-nın vurulduğunu, onlardan dördünün Çeçenistan ərazisi üzərində olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az

Избранный
30
editor.az

1Источники