Azərbaycan Kubokunun 1/8 finalında "Neftçi" "Zirə"yə məğlub olaraq (1:0) mübarizəni dayandırıb. 

Offsideplus.az xəbər verir ki, "ağ-qaralar"ın məşqçisi Sənan Qurbanovun “Zirə” ilə oyundan sonra fikirlərini bölüşüb, məğlubiyyəti şərh edib: 

“Zirə”ni təhlil etmişdik, güclü və zəif tərəflərini futbolçulara göstərmişdik. Bəlkə də, məşq eləməyə zamanımız olmadı. Çünki Tovuz səfərindən sonra cəmi bir məşq keçə bildik. Futbolçuların bərpasına daha çox diqqət eləmişdik. Oyuna pis başlamadıq. Həm rəqibin hücumlarının qarşısını ala bilirdik, həm də bəzən hücumlarımız daha təhlükəli olurdu. Uşaqlar döyüşdülər, amma sonda buraxdığımız qol üzücü oldu. Azarkeşlərimiz çox yaxşı dəstək verdilər. Onlardan üzr istəyirəm”.