RU

"Bitcoin" və "Ethereum" kəskin bahalaşdı

BAKI, 3 dekabr. TELEQRAF

Dünyanın ən böyük iki kriptovalyutası "Bitcoin" və "Ethereum" son sutkada əhəmiyyətli artım nümayiş etdirib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat "Binance" platformasının ticarət göstəricilərində əks olunub.

Bakı vaxtı ilə 05:00-da Bitkoin 5,98% bahalaşaraq 91 683 dollar olub. 05:09-da artım bir qədər zəifləyib və qiymət 91 659 dollara ( +5,42% ) enib.

Ethereum isə 05:00-da 7,51% artaraq 3 004 dollar təşkil edib. Bir neçə dəqiqə sonra qiymət cüzi azalaraq 2 999 dollara ( +6,92% ) düşüb.

"CoinMarketCap" məlumatına görə, 3 dekabr tarixinə bütün kriptobazarın kapitallaşması 3,1 trilyon dollar təşkil edir. Bunun 59%-i (1,832 trln $) Bitcoina, 11,7%-i (363,4 mlrd $) isə Ethereum-a məxsusdur.

Избранный
82
1
teleqraf.com

2Источники