RU

Tramp narkokartellərə qarşı quru əməliyyatlarına başlanılacağını elan etdi

BAKI, 3 dekabr. TELEQRAF

ABŞ narkomafiya ilə mübarizə çərçivəsində Latın Amerikası ərazisində quru hədəflərinə hərbi zərbələr endirəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bəyan edib.

Ağ Ev rəhbəri bildirib ki, ABŞ bundan sonra yalnız dənizdə deyil, həm də quruda narkokartellərə qarşı əməliyyatlar həyata keçirəcək.

Tramp iddia edib ki, ötən il narkotrafikin təşkilatçıları 200 mindən çox insanın ölümünə səbəb olub, lakin ABŞ-nin zərbələrindən sonra bu rəqəm əhəmiyyətli dərəcədə azalıb.

ABŞ prezidenti əlavə edib ki, Mərkəzi Amerika və Cənubi Amerika sahilləri yaxınlığında narkokartellərə məxsus qayıqlara endirilən zərbələr nəticəsində dəniz yolu ilə daşınan narkotiklərin həcmi 91% azalıb.

Избранный
140
teleqraf.com

1Источники