RU

FED-in yeni sədri nə vaxt açıqlanacaq?

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində Federal Ehtiyat Sisteminin (FED) yeni sədrini açıqlayacağını bildirib.

Ağ Evdə keçirilən Nazirlər Kabinetinin iclasında Tramp qeyd deyib ki,   gələn ilin əvvəlində FED sədrini elan edəcəyik.

Banco.az xəbər verir ki, Maliyyə Naziri Scott Bessent daha əvvəl qərarın Milad bayramına yaxın açıqlana biləcəyini bildirib.

Tramp uzun müddətdir FED-ə faiz dərəcələrini aşağı salmaq üçün təzyiq göstərir. Hazırkı sədrin vəzifəsi may ayında başa çatacaq və onun yerinə təyin olunacaq yeni şəxs Trampa qurumu yenidən formalaşdırmaq imkanı verəcək.

Prezident Paueli faiz dərəcələrini azaltmaqda ehtiyatlı davrandığı üçün tənqid edib və yeni sədrin daha qəti addımlar atacağını gözlədiyini bildirib.

Ağ Ev Milli İqtisadi Şurasının direktoru Kevin Hassett Paueli əvəz etmək üçün ən güclü namizəd kimi görünür.

Избранный
8
1
banco.az

2Источники