RU

Bərdədə ata qızını xilas edərkən suda boğularaq ölüb

BAKI, 3 dekabr. TELEQRAF

Bərdənin Nazırlı kəndində ata özünü kanala atan ruhi xəstə qızını xilas etmək istəyərkən suda boğularaq dünyasını dəyişib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkən kənd sakini 1981-ci il təvəllüdlü Kərimova Sərəncam Yasin qızı özünü kəndin mərkəzindən keçən drenaj kanalına atıb. Bunu görən atası 1957-ci il təvəllüdlü Kərimov Yasin Əvəz oğlu qızını kanaldan çıxarmağa çalışsa da, özü suda boğularaq ölüb.

Qız isə kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib.

Qeyd edək ki, Kərimov Yasin Əvəz oğlu uzun illər Nazırlı kənd orta məktəbində ibtidai sinif müəllimi işləyib.

Избранный
11
11
teleqraf.com

10Источники