RU

Məşhur məmurun oğlu Londondakı mülkünü GİROV QOYUB: Rafıq Aslanov şirkətini bağlayıb 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini (2006-cı ildən) Rafiq Aslanovun oğlu Afiq Aslanov atasının Londonda ona aldığı evi girov qoyub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

O bildirib ki, Afiq Aslanov avqustun 27-də İngiltərənin MT FINANCE LIMITED şirkətindən yüksək faizlə (10.2 % Avropa üçün yuxarı göstəricidir) 1 il ərzində geri ödəmək şərtilə 235 min 950 funt (530 min manata yaxın) pul götürüb. “Bu kredit Egham şəhərindəki 1a Wetton Court (Title No. SY793665) ünvanındakı daşınmaz əmlak üzərində girov (charge) yaradılması ilə təmin edilib”.

Həsənli qeyd edib ki, dekabrın 2-də isə Londonda Rafiq Aslanovun oğluna məxsus bahalı maşınlar kirayə verən PERFOCARS LIMITED şirkəti fəaliyyətini dayandırıb:

“Yüksək məbləğdə borcun və maşınların satılmasının səbəbi bəlli deyil. Amma, görəsən, su olmasa cənab Aslanovun oğlu bir ilə yarım milyonu qaytara biləcəkmi?”

Избранный
29
2
nocomment.az

10Источники