RU

239 nəfərdən hələ də xəbər yoxdur - Yoxa çıxan təyyarənin axtarışlarına başlanıldı

Malayziya 2014-cü ildə yoxa çıxan MH370 reysinin axtarışlarını bərpa edəcək.

Redaktor.az xarici KİV-ə istinadən xəbər verir ki,  bu  barədə ölkənin Nəqliyyat Nazirliyi məlumat yayıb. 

Xatırladaq ki,  2014-cü il martın 8-nə keçən gecə Malayziya Hava Yollarına məxsus MH370 reysi radarlardan itib. Təyyarə Kuala Lumpurdan Pekinə uçurdu. Onun göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olub. 

Onun Hind okeanının cənubunda qəzaya uğradığı güman edilir. Üç il davam edən axtarış əməliyyatı bir neçə ölkə tərəfindən maliyyələşdirilib lakin dağıntılar heç vaxt tapılmayıb. 

Mart ayında Malayziya hakimiyyəti Amerikanın "Ocean Infinity" şirkəti ilə yeni axtarışa razılıq verib. Nəticədə “Ocean Infinity” 55 gün ərzində okeanın dibində təyyarə qalıqlarının axtarışını davam etdirəcək.

Избранный
103
2
redaktor.az

3Источники