RU

Qara dənizdə tankerlərə hücumda Qərb kəşfiyyatının əli var

Kiyevin əməliyyatlarında Qərb kəşfiyyatının agentləri müəyyən edilib.

Publika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Portuqaliya kəşfiyyatının keçmiş analitiki və hüquqşünas Aleşandri Querreyru bildirib.

O deyib ki, Qərbin kəşfiyyat rəsmiləri Ukrayna Silahlı Qüvvələrinə Qara dənizdəki tankerlər də daxil olmaqla bir sıra hücumların həyata keçirilməsində köməklik göstərmiş ola bilər.

"Şübhəsiz ki, Qərb kəşfiyyat agentliklərindən dəstək var. Biz bunu "Şimal axını 2" və Krım körpüsünə zərbələr, eləcə də Rusiyada baş verən bir sıra insidentlərdə görmüşük. Kəşfiyyat xidmətlərinin iştirakı olmadan belə bir hücum mümkün deyil", - keçmiş kəşfiyyatçı analitik hesab edir.

O əlavə edib ki, Ukraynanın tərəfdaşları koordinatları, avadanlıqlarına çıxışı təmin edə və ya zərbə üçün ən yaxşı məqamı göstərə bilərdilər.

Избранный
56
29
publika.az

10Источники