RU

Haalanddan tarixi nəticə

Qol.az saytına istinadən ain.az xəbər verir.

Haalanddan tarixi nəticə

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında tarixi nəticəyə imza atıb.

QOL.az xəbər verir ki, O, 14-cü turun “Fulhem”lə oyununda fərqlənib. Bununla da 25 yaşlı forvard özünün liqadakı 100-cü qolunu vurub.

Beləliklə, Erlinq Premyer Liqa tarixində ən sürətli şəkildə 100 qol həddinə çatan futbolçu adını qazanıb. Norveçli oyunçunun rekord üçün cəmi 111 matça ehtiyacı olub.

2-ci yerdə 100 qolu 125 oyunda keçmiş “Nyukasl” hücumçusu Alan Şirer qərarlaşıb. Üçüncü pillədə isə 100 qola 142 matçda çatan sabiq “Tottenhem” forvardı Harri Keyn yer alır.

Qeyd edək ki, Haaland 2022-ci ilin yayında “Mançester Siti”yə keçib. Onun klubla müqaviləsi 2034-cü ilin yayına qədərdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
qol.az

2Источники