“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında tarixi nəticəyə imza atıb.
QOL.az xəbər verir ki, O, 14-cü turun “Fulhem”lə oyununda fərqlənib. Bununla da 25 yaşlı forvard özünün liqadakı 100-cü qolunu vurub.
Beləliklə, Erlinq Premyer Liqa tarixində ən sürətli şəkildə 100 qol həddinə çatan futbolçu adını qazanıb. Norveçli oyunçunun rekord üçün cəmi 111 matça ehtiyacı olub.
2-ci yerdə 100 qolu 125 oyunda keçmiş “Nyukasl” hücumçusu Alan Şirer qərarlaşıb. Üçüncü pillədə isə 100 qola142 matçda çatan sabiq “Tottenhem” forvardı Harri Keyn yer alır.
Qeyd edək ki, Haaland 2022-ci ilin yayında “Mançester Siti”yə keçib. Onun klubla müqaviləsi 2034-cü ilin yayına qədərdir.