RU

İtaliya Kuboku: “Yuventus” növbəti mərhələyə yüksəlib

Bakı, 3 dekabr, AZƏRTAC

“Yuventus” İtaliya Kubokunda 1/4 finala vəsiqə qazanıb.

AZƏRTAC xəbər verir ki, Turin klubu 1/8 finalda “Udineze” ilə qarşılaşıb.

Luçano Spalettinin komandası doğma meydanda rəqibini 2:0 hesabı ilə məğlub edib və növbəti raunda yüksəlib.

Qolları Conatan David və Manuel Lokatelli vurublar.

Bu gün daha iki oyun keçiriləcək. “Atalanta” “Cenoa”nı, “Napoli” isə “Kalyari”ni qəbul edəcək. Oyunlar müvafiq olaraq, Bakı vaxtı ilə saat 18:00 və 21:00-da başlayacaq.

Избранный
45
azertag.az

1Источники