RU

Əməkdar artist: “Bu, Laləyə “ultimatum” idi"

Əməkdar artist Elton Hüseynəliyev həmkarı Lalə Məmmədova haqqında "Rəngarəng" verilişində səsləndirdiyi müzakirə doğuran fikirlərlə bağlı yeni açıqlama verib...

Milli.Az xəbər verir ki, sənətçi "Öz aramızda" proqramında bildirdib ki, Lalənin ifalarını bəyənsə də, ona ərkyana bir mesaj ünvanlamaq istəyib.

Elton bunları deyib:

"Lalə xanımı dinləməyi sevirəm. Radioda mahnıları səslənəndə dəyişmirəm. Xüsusilə Vüqar Camalzadənin "Səs" mahnısını onun ifasında çox bəyənirəm. "Məktəb illəri"ni də gözəl oxuyub. Sadəcə, çox mahnı oxumağa üstünlük verir".

Sənətçi daha sonra Xalq artisti Flora Kərimova ilə bağlı dediyi sözlərə də toxunub. O bildirib ki, Flora Kərimovanın repertuarında olan 500 mahnının yalnız 100-nü yüksək qiymətləndirir:

"Flora xanımın 100 mahnısı əladır, 400-nün isə dəxli yoxdur, hər kəsdən oxuyub. Şövkət Ələkbərova isə 100 mahnı oxuyubsa, hamısı bal kimi dəyərlidir. Çox mahnı oxumaq mütləq üstünlük deyil".

Elton Hüseynəliyev həmkarlarını yamsılamaq məsələsinə də toxunaraq bunun sənətə yeni başlayanlar üçün adi hal olduğunu bildirib:

"Sənətə girən hər kəs kimi mən də bir vaxtlar Eyyub Yaqubovu, Hacıbaba Hüseynovu yamsılamışam. Amma sonra öz yolumu tapmışam".

O, Lalə Məmmədovaya ünvanladığı fikirləri motivasiya xarakterli olduğunu da vurğulayıb:

"Bu sözlərim Laləyə ərkyana ultimatum idi. Onda böyük potensial var və bu gün artıq özünü tapıb. Amma seçim etməli olsam, Natavan Həbibini seçərəm".

Eltonun açıqlamaları yenidən sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Poliqon.info

Избранный
8
2
poliqon.info

9Источники