RU

Kəlbəcər-Vəngli dairəsində qəza olub, sürücü xəsarət alıb

KƏLBƏCƏR, 3 dekabr. TELEQRAF

Kəlbəcərdə sementlə dolu yük avtomobili aşması nəticəsində sürücü xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi rayonun Kəlbəcər-Vəngli dairəsində Əhmədov Namiq Əli oğlu idarə etdiyi "DONGFENG" markalı sement daşıyan avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili aşırıb.

Qəza zamanı dürücüN.Əhmədov müxtəlif dərəcəli xəsarət alaraq Kəlbəcər rayonunda yerləşən hospitala çatdırılıb.

Hadisə yerinə FHN-nin Kəlbəcər Rayon DYMH-nin əməkdaşları cəlb edilib.

Yanğınsöndürən əməkdaşları avtomobilin aşması nəticəsində yola dağılan yanacağı ərazidən təmizləyərək yanğın hadisəsinin baş verməsinin qarşısını alıb.

Faktla bağlı araşdırma başlanıb

Избранный
2
3
teleqraf.com

5Источники