RU

Azərbaycan qəzetinin 10 mininci sayında inanılmaz saxtakarlıq - Baş redaktor etiraz edir

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev həmkarı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqovu saxtakarlıqda ittiham edib.

“Yeni Sabah” xəbər verir ki, o, sosial şəbəkədə paylaşdığı açıqlamada “Azərbaycan” qəzeti redaksiyasının Ümummilli Lider Heydər Əliyevin fotosunu dəyişdirdiyini iddia edib.

Musayevin sözlərinə görə, bu gün çap olunan “Azərbaycan” qəzetinin 10 000-ci sayında dərc edilən foto orijinala uyğun deyil:

“Bu gün “Azərbaycan” qəzetinin 10000-ci sayı çap olunub. Təəssüf ki, “Azərbaycan” qəzetinin dərc etdiyi bu foto gerçək deyil. Ulu Öndərimizin “Yeni Azərbaycan” qəzetini oxuyarkən çəkilən fotosu dəyişdirilib.

Bu barədə dəfələrlə deyilib, yazılıb. Amma bu saxtakarlıq dönə-dönə tirajlanır. Fotoda hər şey aydın görünür. Azərbaycan dövlətinin saxtakarlara və Vətən xainlərinə müharibə elan etdiyi bir ərəfədə belə saxtakarlıq nəyə xidmət edir?!

Hər bir foto faktdır. Fotonu dəyişmək faktı dəyişdirmək deməkdir. Faktı təhrif etmək, dəyişmək isə hüquqi məsuliyyət məsələsidir. Belə işlərlə yalnız dələduzlar məşğul ola bilər”.

Qeyd edək ki, “Yeni Azərbaycan” qəzeti  YAP-ın, “Azərbaycan” isə Milli Məclisin rəsmi orqanıdır.

Əsmətxanım


Telegram kanalımız
Избранный
62
6
yenisabah.az

10Источники