Artıq bir müddətdir Bakı Metropoliteni ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım “Bakı Metropoliteni” QSC-nin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu. Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı.
NOCOMMENT.az–ın xəbərinə görə, bunu teleaparıcı Nərmin Salmanova bildirib.
N.Salmanova qeyd edib ki, Bakı metrosunda çalışdığı barədə yayılan məlumat düzgün deyil: “Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm”.