RU

Nərmin Salmanova Bakı Metropolitenində niyə işləmədi?

Bir müddət əvəl "Bakı Metropoliteni" QSC-yə mətbuat katibi təyin edilən aparıcı Nərmin Salmanova qurumla yollarını ayırıb.

BAKU.WS xəbər verir ki, teleaparıcı bu barədə sosial şəbəkə hesabında bildirib.

Nərmin əmək müqaviləsininin şərtləri onu qane etmədiyi üçün qurumun əməkdaşı olmağa razılıq verməyib:

"Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil".

Qeyd edək ki, Nərmin Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.

Избранный
2
far.az

1Источники