RU

Xəstəxanalıq olan azərbaycanlı futbolçunun durumu nə yerdədir? AÇIQLAMA

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

İkinci Liqanın lideri "Xankəndi" "Şirvan"la son matçda ciddi itki ilə üzləşib. Təcrübəli futbolçu İlyas Səfərzadə ilk dəqiqələrdə ağır zədə alaraq təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. O, "Modern Hospital"da dərhal əməliyyat olunub.

29 yaşlı futbolçu  Fanat.Az-a açıqlamasında xəsarət durumu barədə danışıb:

"Əvvəlcə komandamı qələbə münasibəti ilə təbrik edirəm, gələcək oyunlarda zəfərlər arzulayıram. 

O ki qaldı zədələndiyim epizoda, oyunun 5-6-cı dəqiqəsi idi. Rəqibin hücumu zamanı komanda yoldaşım topu yan tərəfə vuranda çalışdım auta çıxmasın. Topu meydanda saxlamaq istədim və təəssüf ki, sürətli qaçdığıma görə özümü saxlaya bilməyib kənardakı reklam lövhəsinə çırpıldım. Orada çıxıntılı dəmir vardı, o, ayagimin bud hissəsinin yan tərəfini cırdı. Yarama 5 tikiş qoyuldu. Şükürlər olsun ki, dərin zədə olmadı, əzələm cırılsaydı, sağalma daha çətin olar, uzun çəkərdi. Həkimlərin dediyinə görə, tikişləri 2 həftəyə açacaqlar. Yaşıl meydanlardan daha nə qədər uzaq qalacağıma tikiş söküləndə aydınlıq gələcək. Ümid edirəm, problem olmaz". 

Qeyd edək ki, "Xankəndi" - "Şirvan" matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Mirağa

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
fanat.az

1Источники