RU

Siyasi partiyalar dövlətin dayanıqlığında vacib institutlsrdan biridir

Newscenter.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Siyasi partiyalar dövlətin dayanıqlığında və varisliyinin təmin edilməsində vacib institutlsrdan biridir. Siyasi partiyalar həm də inkişafın, tərəqqinin, sabitliyin və təhlükəsizliyin təminatçısıdır. Təcrübə göstərib ki, rəqabət və plüralizm olmayan ölkələrdə çaxnaşmalar, kataklizmlər, gərginliklər hətta daxili silahlı toqquşmalar mütəmadi surətdə baş verir. Vətəndaş müharibələri ara vermir”.Bunları Newscenter.az-a AMİP liderinin köməkçisi Əli Orucov səsləndirib. O deyib ki, çoxpartiyalı siyasi sistemlər dəyişkən dinamik və demokratik olduğundan bu təcrübə yayğındır:“Azərbaycanda yenidən müstəqilliyinə qovuşduqdan, 70 ildən çox davam edən kommunist partiyasının dikaturasından çoxpartiyalı siyasi sistemə keçid etdi. Hazırda ölkədə 20 dən çox siyasi partiya fəaliyyət göstərir ki, onlardan da 10-u parlamentdə təmsil olunur. Lakin təəssüflə qeyd etməliyəm ki, bu göstəricilər heç də Azərbaycanda siyasi partiyaların önəmli rol oynadığına dəlalət etmir. Lakin ölkədə siyasi təşkilatlanma çox zəif gedir”.Süleyman

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
2
1
newscenter.az

2Источники