RU

80 minlik çəkməsi ilə ayaqyalın uşaqları ziyarət etdi FOTO

Unikal.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Adananın Çukurova rayonunun Esentepe məhəlləsində yaşayan aztəminatlı ailələri ziyarət edən AK Parti İl Başkan Yardımcısı Filiz Kepme sosial mediada geniş müzakirələrə səbəb olub.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Kepme paylaşımında "Ürəklərə toxunun, vətəndaşlarla eyni süfrəni və ümidi paylaşan" sözlərini işlətsə də, fotolardakı bir detal böyük reaksiyaya yol açıb.

Belə ki, paylaşımlarda Kepmenin ayağında təxminən 80 min TL (3 200 AZN) dəyərində olan uzunboğaz çəkmə geyindiyi, ziyarət etdiyi uşaqların isə ayaqlarında corab belə olmadığı görülür. Sosial şəbəkələrdə yayılan görüntülər qısa müddətdə gündəmə çevrilib.

İstifadəçilər fotoya sərt reaksiyalar veriblər. 

Gülayə Mecid  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
58
unikal.az

1Источники