RU

Qazax İdman paytaxtı 2026 loqosu hazırlanıb

ain.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Məlum olduğu kimi, Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib.

Qazax-Tovuz regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, "İdman paytaxtı"na hazırlıq işləri həyata keçirilir. Bu işlər çərçivəsində "Qazax İdman paytaxtı 2026"-nın loqosu hazırlanıb.

“Həmin loqo şəhərin mərkəzi hissələrinə vurulur. Qazaxda bu istiqamətdə hazırlıq işləri sürətlə davam etdirilir" - deyə, Ə.Məsmalıyev əlavə edib.

İdarə rəisi onu da bildirib ki, İdman paytaxtının açılış mərasimi 2026-cı ilin yanvar ayında Qazax şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkında təntənəli şəkildə keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
64
6
yeniazerbaycan.com

7Источники