RU

“Bakı Metropoliteni” işə çıxacağım gün vacib şərtləri dəyişdirdi - Nərmin Salmanova

“Bakı Metropoliteni” işə çıxacağım gün vacib şərtləri dəyişdirdi - Nərmin Salmanova

Teleaparıcı Nərmin Salmanova “Bakı Metropoliteni” QSC ilə maaş məsələsində razılığa gələ bilməyib.

AFN.az xəbər verir ki, aparıcı bu barədə feysbuk hesabında yazıb. Qeyd edək ki, onun QSC-nin mətbuat katibi təyin olunduğu bildirilirdi.

N.Salmanovanın sözlərinə görə, “Bakı Metropoliteni” tərəfindən vəd edilən şərtlər yerinə yetirilməyib: “Artıq bir müddətdir “Bakı Metropoliteni” ilə bağlı mənə suallar ünvanlanır. Bildirmək istərdim ki, televiziyadakı fəaliyyətimdən ayrılmağım Metropolitenin təklifi fonunda bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu.

Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı”.

Qeyd edək ki, N. Salmanova daha əvvəl CBC Sport və İTV kanallarında aparıcı kimi çalışıb.

Xatırladaq ki, son günlər “Bakı Metropoliteni” QSC-də əməkdaşların mövcud əmək münasibətlərinə məcburi şəkildə xitam verilməsi ilə bağlı məlumatlar yayılır. Qurum ötən gün açıqlama yayaraq sözügedən məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.

Избранный
8
3
afn.az

4Источники