RU

Müharibədən sonra Azərbaycan xəritələri yeniləndi

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xəritələri yenilənib.
ONN media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Xəritəçilik Qurumları Rəhbərlərinin 2-ci İclasında jurnalistlərə açıqlamasında Geodeziya və Kartoqrafiya Agentliyinin İdarə Heyətinin sədri Nazim İsmayılov deyib.
O bildirib ki, sistemlərdə 3D formatlı topoqrafik xəritələr rəqəmsal şəkildə hazırlanaraq Azərbaycanın əsas güc strukturlarına təqdim olunur:
"Xəritələrin təkmilləşdirilməsi dayandırılmayıb, mütəmadi olaraq davam etdirilir".
Nazim İsmayılov vurğulayıb ki, xəritə həm Azərbaycan, həm də bütün dövlətlər üçün çox əhəmiyyətlidir:
"Azərbaycan xəritəçiliyi böyük və zəngin bir tarixə malikdir. Xəritəçiliyin əsas məsələlərindən biri dövlətimizin müdafiəsini, təhlükəsizliyini təmin edən xəritələrdir. 44 günlük müharibədən sonra xəritələr daha da əhəmiyyətli oldu. TDT çərçivəsində vahid xəritələrin hazırlanması üçün toplantılar keçirilir, müəyyən məsələlər həllini tapır. Bu, çox vacibdir".
Избранный
3
6
onn.az

10Источники