RU

Gözəllik beynin enerji sərfiyyatını azaldır - ARAŞDIRMA

Toronto Universitetinin alimləri müəyyən ediblər ki, insanların xoşuna gələn vizual görüntülərin bir ümumi cəhəti var: onların qəbul edilməsi beynin daha az enerji sərf etməsini tələb edir.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "PNAS Nexus" jurnalında dərc olunub.

Tədqiqatçılar bildiriblər ki, beyin insan orqanizminin ən çox enerji sərf edən orqanlarından biridir, ümumi kalori qəbulunun təxminən 20%-i ona gedir. Bu enerjinin yarıya yaxın hissəsi isə görmə sisteminin fəaliyyətinə sərf olunur.

Çox sadə vizual stimullar məsələn, boş ağ otaq beynin yükünü azaldır, lakin tez darıxdırıcı olur. Əksinə, həddindən artıq mürəkkəb görüntülər beynin daha çox metabolik resurs tələb etməsinə və yorğunluğa səbəb ola bilər. Alimlər güman ediblər ki, estetik zövq beynin enerji baxımından optimal “qızıl orta” axtarışı ilə əlaqəli ola bilər.

Hipotezi yoxlamaq üçün tədqiqatçılar kompüter modeli vasitəsilə 4914 görüntünün vizual emal “enerji dəyərini” hesablayıblar. Daha sonra bu göstəricilər həmin görüntülərin cazibədarlığına qiymət verən 1118 iştirakçının rəyləri ilə müqayisə olunub. Alimlər əlavə olaraq dörd könüllüdə beyin fəaliyyətini və oksigen sərfiyyatını ölçməklə bu nəticələri təsdiqləyiblər.

Hər iki eksperiment göstərib ki, insanlar emalı daha az enerji tələb edən görüntüləri daha xoş və estetik cəhətdən cəlbedici hesab edirlər. Sürətli reaksiyalar isə iştirakçıların görüntülər barədə dərin düşünmədən verdiyi ilkin estetik qiyməti qeydə almağa imkan verib.

Alimlərin fikrincə, vizual gözəllik beynin enerji qənaət strategiyasının bir təzahürü ola bilər. Başqa sözlə, “göz oxşayan” ifadəsi dosdoğru mənasında işlənə bilər gözəl görünənlər beyinə daha az yük saldığı üçün xoş təsir bağışlayır.

Nuriyyə NATİQQIZI

Избранный
60
1
redaktor.az

2Источники