RU

Nazir Feysbukda səhvini tutan şəxsə belə cavab verdi – FOTOLAR

Elm və təhsil naziri Emin Əmrullayevin sosial şəbəkədə paylaşımlara rəy yazması diqqət çəkib.

Editor.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, nazir “Azərbaycan universitetləri” səhifəsində Qarabağ Universitetinin müəllimi Arzu Şükürovanın həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçməsi və elə həmin gün Bakıya qayıtması ilə bağlı paylaşıma rəy yazıb.

“Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq, azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!”, – deyə E. Əmrullayev bildirib.

Nazir şərhlə yanaşı, onun adının “tag” olunduğu mesajları da cavabsız qoymayıb. Belə ki, sosial şəbəkə istifadəçilərindən biri bunun heç də fəxr ediləsi hal olmadığını deyib: “İnsan ömrü yollarda heç olur, qaranlıqda yola düşür və gec qayıdır. Bu hardasa gənc qız üçün təhlükəli də ola bilər. Xankəndidə 2-3 gün qalması üçün şərait yaratmaqdansa, insanın çəkdiyi lazımsız əziyyətə təşəkkür edirsiniz”.

Emin Əmrullayev isə belə cavab verib: “Məhz fəxr ediləsi məsələdir. Bu, müəllimin şəxsi seçimidir. Başqa sözlə, Xankəndidə bu gün 400 nəfərə qədər həmkarımız evlə təmin edilib. Mənə maraqlı olan məqam isə odur ki, siz necə, haradan, hansı şəkildə nəticə çıxardınız ki, biz bu müəllimin Xankəndidə 2-3 gün qalması üçün şərait yarada bilməmişik? Necə gəldiniz bu nəticəyə?”

Bundan başqa, nazir cümlədə durğu işarəsini qoymaması ilə bağlı ona yazılan şərhə də biganə yanaşmayaraq təşəkkür edib və həmin səhvi düzəldib.

Əmrullayevin bu davranışı sosial şəbəkədə xoş qarşılanıb.

Sözügedən rəyləri təqdim edirik:

Nazir
Nazir
Nazir
Избранный
4
13
editor.az

10Источники