RU

İsmayıllıda ağır qəza - Sürücü xəsarət aldı (VİDEO)

İsmayıllı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Quşencə kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza zamanı sürücü, İsmayıllı rayonu İvanovka kənd sakini 2005-ci il təvəllüdlü Cabbarov Sənan Sadiq oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Murad İbrahimli

Избранный
3
unikal.az

1Источники