RU

Hamilələrin məzuniyyəti ilə bağlı Qanun dəyişir

ain.az bildirir, Qafqazinfo portalına istinadən.

Hamiləliyə görə verilən məzuniyyətlə bağlı qanun dəyişir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Layihəyə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılacaq və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmayacaq.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
56
23
qafqazinfo.az

10Источники