RU

Azərbaycanda yanğın risk xəritələri hazırlanır

Azərbaycanda yanğınlarla bağlı riskli zonaların xəritələri hazırlanır.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) tərkibində fəaliyyət göstərən Kosmik Agentliyinin ("Azərkosmos") Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov Türk Dövlətləri Təşkilatının (TDT) Xəritəçəkmə Qurumları Rəhbərlərinin 2-ci Toplantısında deyib.

Onun sözlərinə görə, bu sahədə monitorinqlər aparılır və hesabatlar hazırlanır.

Direktor qeyd edib ki, hazırda ölkə üzrə bütün rabitə, nəqliyyat və digər infrastruktur obyektlərinin xəritələnməsi, əlavə olaraq bütün tikililərin süni intellekt alqoritmi vasitəsilə müəyyən edilməsi layihələri icra olunur.

Избранный
3
missiya.az

1Источники