RU

Hamilələrə əlavə məzuniyyət günləri veriləcək

Hamilələrə bəzi hallarda əlavə məzuniyyət günləri veriləcək.

Publika.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında bir sıra qanunlara təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsinin müddəti doğuş gözlənilən gündən uşağın doğulduğu günədək ötən günlər qədər ödənişli olaraq uzadılır və bu halda məzuniyyətin doğuşdan sonrakı hissəsi qısaldılmır.

Qeyd edək ki, hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir.

Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

Избранный
39
9
publika.az

10Источники