“Turnirdə final oyunumuzu çoxsaylı azarkeşlər önündə ev sahibi Banqladeşə qarşı keçirdik”.

Bunu Offsideplus.az saytına açıqlamasında Azərbaycan millisinin üzvü Sevinc Cəfərzadə deyib.

Komandanın kapitanı "FIFA Tri Nations Women"s Football Series 2025" turnirində Banqladeşə qarşı keçirdikləri oyun haqqında fikirlərini bölüşüb: “Sözün düzü, biz son 4 gündə 2 matça çıxmışdıq, amma Banqladeşin oyun tarixləri arasında böyük fərq vardı. Biz nisbətən rəqibin dincəlməyə və bərpaya vaxtı qalmışdı. Buna baxmayaraq əzmkarlıq göstərib qələbə qazanmağı bacardıq. Hədəfimiz FİFA tərəfindən təşkil olunan və ilk dəfə A milli komanda olaraq qatıldığımız turnirin qalibi olmaq idi, buna da nail olduq”.

Hücumcu matçda vurduğu qol haqqında danışıb:

“Dekabrın 1-i anamın vəfatının 5-ci ildönümüdür. Vurduğum qolu onun ruhuna  həsr etdim. Qoldan sonra emosiyalarımı nə qədər idarə etmək istəsəm də, alınmadı. Onun yoxluğu məni qəlbən çox ağrıdır. Anamın ruhuna duaçıyam. İnanıram ki, ruhu şaddır və məni görür. Qazandığım uğurları anama həsr edirəm. O daim mənim və ailəmin qəlbindədir”.

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi Banqladeşdə keçirilmiş "FIFA Tri Nations Women"s Football Series 2025" turnirinin qalibi olub. Komanda Malayziyanı 2:0, Banqladeşi isə 2:1 hesabı ilə məğlub edib.