RU

Məktəblilər TƏHLÜKƏDƏ… “Uşağa ağıllı telefon vermək…” – Ekspert

Uşağın əlində ağıllı telefon verib, onu nəzarətsiz buraxmaq ağılsızlıqdır. Əsas yük və məsuliyyət valideynin üzərinə düşür. Həmçinin məktəb də valideynlə paralel çalışmalıdır.

Bu sözləri Tribuna-ya açıqlamasında təhsil üzrə ekspert Elşən Qafarov bildirib. O qeyd edib ki, uşaqlarla bağlı olan bütün proseslərdə məktəb-valideyn paralel işləməlidir:

“Bütün telefonlarda valideyn nəzarət funksiyası var. Valideynlər bu funksiyadan mütləq şəkildə istifadə etməlidir. Təəssüf ki, bizim valideynlərin böyük əksəriyyəti uşaqlarına nəzarəti düzgün aparmır. Uşaqlar nəzarətsiz formada sosial şəbəkələrdən istifadə edirlər, fərqli platformalara daxil olurlar. Əksər vaxtlarda da valideynlərin bundan xəbəri olmur. Uşağın əlində ağıllı telefon verib, onu nəzarətsiz buraxmaq ağılsızlıqdır. Əsas yük və məsuliyyət valideynin üzərinə düşür. Valideyn nəzarətdə saxlamalı, maraqlanmalıdır.

Məktəblərin də üzərinə məsuliyyət düşür, əlbəttə. Bütün sinif rəhbərləri uşaqlarda müşahidə etdiyi fərqliliyi valideynə bildirməlidir. Məktəblərdə ümumi seminarlar təşkil edilməlidir. Seminarlardan gəlinən nəticələr valideynlərə bildirilməlidir. Bu kompleks işdir. Əgər məqsəd uşağa təhsil vermək, onu gələcəyə, həyata hazırlamaqdırsa, burada məktəb-valideyn paralel, əlaqəli çalışmalıdır. Məktəblərdə maarifləndirici proqramlar olmalıdır”.

E.Qafarov əavə edib ki, telefonlarda valideyn nəzarəti funksiyası istifadə edilsə, bu kimi hadisələr baş verməz:

“Uşaqlara nəzarət artıq zərurətə çevrilib. Həm həyatda, həm də sosial şəbəkələrdə nəzarəti gücləndirmək uşaqları qoruyur. Bunu valideyn də bilməlidir, məktəb də. Uşaq gün ərzində iki yerdə olur – evdə və məktəbdə. Evdə valideyn, məktəbdə müəllim bu işi görməlidir. Bu iki nəzarət mexanizmi davamlı olaraq həyata keçirilsə, paralel olsa uşaqlarımızı daha yaxşı qoruya bilərik”.

Nigar İxtiyarqızı

Избранный
35
1
tribunainfo.az

2Источники