RU

Nailə Əhmədova sağlam yaşlanmadan danışdı

ain.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Sağlam yaşlanma hamının arzu etdiyi vəziyyətdi, lakin bu prosesə yalnız yaşlılıq dövründə başlamaq heç bir nəticə vermir. 

Proflaktika hələ ana bətnində başlamalıdır, insan yaşlı vaxtı sağlam olmaq istəyirsə, buna uşaqlıqdan, cavanlıqdan, orta yaşdan diqqət etməlidir”.

“Cebheinfo.az” xəbər verir ki, , bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instaqram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova bildirib.

O qeyd edib ki, valideyn olmağa hazırlaşan cütlüklərə zərərli vərdişlərdən əl çəkmək, düzgün qidalanma, fiziki aktivlik və stresdən uzaq qalmağın yolları izah edilməlidir:

“Uşaq dünyaya gələndən sonra onun pediatr nəzarətində olması, xəstəliklərin vaxtında müalicəsi gələcəkdə xroniki problemlərin yaranmasının qarşısını alır.

Uşaqlıq və gənclik dövründə müalicəsi yarımçıq qoyulan xəstəliklər yaş artdıqca xroniki hala çevrilir, yaş artdıqca daha çox əziyyət verir. İnsan yaşlandıqca xəstəlik olmasa belə, orqanizmdə yaşa bağlı dəyişikliklər baş verir. Buna görə də sağlam yaşlanma sıfır yaşdan, yəni ana bətnindən başlamaq lazımdır”.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
47
3
cebheinfo.az

4Источники