RU

İlqar Türkoğlu NOSTALJİ

Adelet.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

A köhnə yurd yeri, ocaq daşları,

Ötürdüm nənəmin köçünü bu il.

Saz götürüb babam, çalsın “Ovşarı”,

Gecikib talanın biçini bu il.

Ləngidi, a yurd yeri, bu köç ləngidi,

Həsrətdən kövrəlib ürək təngidi.

Təbiət cəngidi, dönüş cəngidi,

Gələcəm tutmağa mərcimi bu il.

Bilmirəm, köksündə adım hardadı,

Dördnala çapdığım atım hardadı,

Yaxınım hardadı, yadım hardadı,

Qonşuya tapşırdım keçini bu il.

A yurd yeri, bu köç bir yazın payı,

Bir qismətin payı, bir nazın payı.

Bəndə düşən oğlan bir qızın payı,

Görərik cəminin gücünü bu il.

Bir bulaq başında şahlıq çələngi,

Uzanar..axırda bitər bu cəngi.

Boşalar səhəngi, dolar səhəngi,

Gecikməz o qızın seçimi bu il.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
1
adalet.az

2Источники