RU

“Ramiz Mehdiyev və Əli Kərimlinin hakimiyyəti zorla ələ keçirməyə cəhdi nifrətlə qarşılanır”

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycan xalqı tarix boyu çoxsaylı sınaqlardan keçmişdir. Zəfərlərlə yanaşı, xəyanətlərə də şahid olmuşuq. Bu gün isə dövlətimiz azad və müstəqildir. Bu müstəqillik, Azərbaycan xalqının öz tarixinin uğurlu davamı, Ali Baş Komandan İlham Əliyevin illərlə apardığı düşünülmüş və strateji siyasətinin, güclü ordumuzun və xalqımızın birliyinin nəticəsidir”.Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.O bildirib ki, 30 ildən sonra torpaqlarımız işğaldan azad edilib, ölkədə siyasi sabitlik hökm sürür, iqtisadi inkişaf müşahidə olunur, insanların həyat səviyyəsi gündən-günə yaxşılaşır:“İşğaldan azad olunmuş ərazilərdə geniş tikinti-quruculuq işləri aparılır, Azərbaycan nüfuzu dünya miqyasında artır. Ölkəmiz bu gün bir çox mötəbər tədbirlərə ev sahibliyi edir. Azərbaycan xalqı bu uğurlarla haqlı olaraq qürur duyur. Təəssüflər olsun ki, belə bir vaxtda da həm xaricdə, həm də daxildə ölkəmizə qarşı yönəlmiş məkrli qüvvələr var.  Bu gün də onlar eyni xətt üzrə davam edirlər. Amma bilməlidirlər ki, Azərbaycan dövləti güclüdür, hüquq-mühafizə orqanlarımız ayıq-sayıqdır və istənilən təxribatın qarşısını almağa qadirdirlər. Ölkə rəhbərinin siyasi iradəsi və düzgün idarəçiliyi nəticəsində bu kimi xəyanətlərə yer olmayacaq. Dövlətə, xalqa, vətənə xəyanət edən hər bir şəxs qanun qarşısında cavab verəcək və layiqli cəzasını alacaq”. Millət vəkili qeyd edib ki, bu da istintaqın nəticələri ilə tam şəkildə sübut olunacaq:“Ramiz Mehdiyev, Əli Kərimli və onların ətrafında olan bəzi şəxslərin dövlətə xəyanət yolu tutması, hakimiyyəti zorla ələ keçirməyə cəhd etməsi xalq tərəfindən qətiyyətlə pislənir və nifrətlə qarşılanır. İstintaq orqanları tərəfindən aparılan araşdırmalar göstərir ki, bu cəhdlər realdır və istintaqa cəlb olunan şəxslərin ifadələri, əldə olunan sübutlar bunu tam aydın şəkildə təsdiqləyir. Dövlətə xəyanət, xalqa arxa çevirmək ən ağır cinayətdir və bu cinayətin bağışlanması mümkün deyil. Təəssüf ki, bəzi insanlar şəxsi maraqlar naminə vəzifədən, vəsaitdən, hakimiyyətdən sui-istifadə edərək ölkəni xaosa sürükləməyə çalışırlar. Vaxtilə vətənpərvərlikdən, sadiqlikdən danışan, illərlə yüksək vəzifələrdə olmuş Ramiz Mehdiyev və özünü guya müxalifət adlandıran, əslində isə xarici dairələrin və daxildəki bədbəxtlərin əlaltısına çevrilmiş Əli Kərimli bu gün öz əməlləri ilə əsl simalarını bir daha göstərmiş olurlar. İndi istintaq gedir, araşdırmalar aparılır və bir çox faktlar üzə çıxır. Xalq Cəbhəsi Partiyasının rəhbərləri iddia etsələr də ki, guya zorla hakimiyyəti ələ keçirmək niyyətləri olmayıb, bu sadəcə yalandır. Həmin təşkilat yaranandan bəri hakimiyyətə zorla gəlmək cəhdləri olub”.Leyla Turan

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
20
demokrat.az

1Источники