RU

Azərbaycan Ordusunda psixoloqlar üçün təlim keçirilir

AzVision.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təlimin ilk günündə qardaş Türkiyə Respublikasından dəvət edilmiş psixoloq tərəfindən “EMDR terapiya” (Eye Movement Desensitization and Reprocessing – Göz Hərəkətləri ilə Desensitizasiya və Yenidən Emal) mövzusunda iştirakçılara ətraflı məlumat verilib.



Plana əsasən təlim iştirakçılarına psixoloji travmalar, onların yaddaşda hansı formalarda qalması, biopolyar pozuntular, uşaqlıq qorxularının aradan qaldırılması metodları, döyüş və ekstremal şəraitdə travma yaşayan hərbi qulluqçuların psixoloji vəziyyətlərinin neyropsixoloji aspektləri və onlara effektiv dəstək yolları, dərin psixoloji problemlərin aradan qaldırılması üsulları və bu üsulların tətbiq mexanizmləri barədə geniş izahlar verilir.



İnteraktiv formada təşkil edilən təlimdə iştirakçılar real vəziyyətlərə əsaslanan nümunələri təhlil edərək, mövzu ilə bağlı müasir elmi yanaşmalar və təcrübədə tətbiq olunan metodlardan istifadə etməklə təcrübi tapşırıqlar vasitəsilə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, Azərbaycan Ordusunda xidmət edən psixoloqların təkmilləşdirilməsi məqsədilə keçirilən təlim dekabrın 9-dək davam edəcək.

AzVision.az

Избранный
93
6
azvision.az

7Источники