NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşü çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan NATO baş katibi Mark Rutte ilə görüşüb.
KONKRET.az bildirir ki, Hürriyet qəzetinin diplomatik mənbəyə istinadla yaydığı məlumata görə, tərəflər Qara dənizdəki təhlükəsizlik təhdidlərini müzakirə ediblər.
Məlumata görə, Ankara Ukrayna tərəfindən Rusiyaya bağlı üç kommersiya tankerinə pilotsuz uçuş aparatları ilə edilən hücumlarla bağlı narahatlığını dilə gətirib.
Türkiyə bu cür insidentlərin regionda mülki gəmiçiliyə riskləri artırdığını vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az