RU

Flora Kərimovadan Eltona cavab: “Üzr də istəyəcəksən”

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elton Hüseynəliyev Xalq artisti Flora Kərimova haqqında ” 500 mahnısının 100-ü baldır, 400-nün isə dəxli yoxdu, hamıdan oxuyub” sözlərini deyib.

NOCOMMENT.az axşam.az-a istinadən xəbər verir ki, Kərimovanın qarşı tərəfə cavabı gecikməyib. Sözügedən açıqlamanı paylaşan müğənni bunları yazıb:

“Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzr istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan, insanın duyğularırını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki edirsiniz və edəcəksiniz də. Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim Elton, o “100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz” oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar!

Elton, “elə demək istəməmişdim” deyəcəksiz, mənəvi gücünüz çatacaqsa üzr də istəyəcəksiz, ya da heç istəməyəcəksiz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə “oğlum” deyib qucaqlayacağam. Lakin bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz.

Və bir də oğul, Allah qismət etsin gəlib bir həddə çatacaqsınız. Kimsə ümidlə qapınızı döyər, biləcəksiniz ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir onun ruzi, çörək qapısını aralayır. Siz də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsınız. Hələ onu da Allah nəsib eləsə o vaxt ayıq başınızla tək məni deyil, həyatı başa düşəcəksiniz”.

Избранный
33
11
nocomment.az

10Источники