RU

Tanınmış yazıçı Boris Akuninin ömrünü ağır rejimli koloniyada keçirmə cəzası 15 ilə çatdırılıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Moskva şəhəri, Taqansk rayonunun 371 saylı məhkəməsi yazıçı Boris Akuninə (əsl adı Qriqori Çxartışvili. - red) xarici agentin fəaliyyət qaydalarını pozduğuna görə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməklə onun cəza müddətini 15 ilə çatdırıb.

APA xəbər verir ki, bu barədə RBK məlumat yayıb.

Məlumata görə, bundan əvvəl Qərb Hərbi Dairə Məhkəməsi Akuninə terrorizmin açıq şəkildə bəraət qazandırılması və terrorçu fəaliyyətinə kömək göstərilməsi işi üzrə 14 il qiyabi həbs cəza vermişdi. Beləliklə yazıçı məhkəmə qərarlarına görə, ümumilikdə ömrünün 15 ilini ağır rejimli koloniyada keçirməlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
65
7
apa.az

8Источники