RU

Paşinyan: Koçaryan və Sarqsyan artıq bizim üçün siyasi rəqib deyil...

Ermənistanın baş naziri keçmiş hakimiyyətləri müzakirə etməyin mənasız olduğunu deyir…

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 3-də Milli Məclisin iclasında çıxışı zamanı keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın artıq onun üçün siyasi rəqib hesab edilmədiyini bildirib.

Paşinyan deyib ki, ölkədə əvvəlki hakimiyyətlərin fəaliyyəti barədə müzakirələri davam etdirməyin mənası yoxdur: “Doğrudan da hesab edirəm ki, keçmiş hakimiyyətlər barədə danışmağı dayandırmaq lazımdır, çünki danışmalı heç nə qalmayıb. Qarabağ məsələsinə dair dərc etdiyimiz paket də göstərir ki, ümumiyyətlə bu mövzuda danışılacaq bir şey yoxdur”.

Bununla belə, baş nazir etiraf edib ki, hökumət bəzən siyasi opponentlərin yaratdığı provokasiyalara reaksiya verməyə məcbur qalır: “Gəlirik və saatlarla danışırıq — Robert Koçaryan, Serj Sarqsyan... Məncə, onlar artıq bizim rəqibimiz deyil. Onlar çoxdan bizimlə rəqabət aparan tərəf deyil”.

Paşinyan hökumətin diqqətinin keçmişlə bağlı polemikalardan yayındığını, halbuki bu müddətdə ölkədə ciddi işlərin görüldüyünü qeyd edib: “Bu il, məsələn, əlavə 500 km yol tikilib. Son illərdə minlərlə kilometr yol, məktəblər inşa olunub, təhsil sahəsində dərin islahatlar həyata keçirilib”.

Baş nazirin sözlərinə görə, hökumətin hazırda bir sıra mühüm strateji planları var, lakin hökumət çox vaxt “aydın olanı sübut etməyə məcbur qaldığı üçün” bu planlar barədə geniş şəkildə danışa bilmir.

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники