Rusiyada Yekaterinburq məhkəməsi polis və xüsusi təyinatlı qüvvələr tərəfindən saxlanılan Azərbaycan vətəndaşı Vidadi Mustafayevi həbs edib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, V.Mustafayev barəsində 31 yanvar 2026-cı ilə qədər iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Vidadi Mustafayev ona qarşı böhtanlar yayıldığını iddia edib. O, torpaq sahəsinin satışı zamanı dələduzluqda ittiham olunur.