RU

Bakı metrosunda kuryoz hadisə: sərnişinlər istiqaməti bilmədən qatarı tərk etdi

Son aylarda Bakı metrosunda sərnişinləri narahat edən bir sıra vəziyyət müşahidə olunur. Əsasən qatarlarda gecikmələr, elektron saatların işləməməsi, hərəkət istiqamətinin səhv göstərilməsi və digər texniki nasazlıqlar sərnişinlərin gündəlik hərəkətini çətinləşdirir.

Musavat.com xəbər verir ki, bu gün səhər saatlarında Dərnəgül istiqaməti üzrə hərəkət edən qatarda səsləndirmə işləməyib.

Sərnişinlər növbəti dayanacağın hansı olduğunu bilmədikləri üçün çaşbaş vəziyyətə düşüblər. Qatar köhnə olduğu üçün elektron lövhə də yox idi və sərnişinlər vizual xəbərdarlıq vasitəsilə istiqaməti izləyə bilməyiblər. Nəticədə, sərnişinlər “İnşaatçılar” stansiyasında düşərək geri qayıtmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, yalnız bu hadisə deyil. Ötən gün səhər saatlarında da “28 May” metrostansiyasında qatarın 10 dəqiqə dayanması sərnişinlərin narahatlığına səbəb olub. Bu cür texniki və təşkilati problemlər metropolitenin gündəlik fəaliyyətinə mənfi təsir göstərir və sərnişinlərin vaxt itirməsinə səbəb olur.

bextiyar.jpg

Məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov Musavat.com-a açıqlamasında bildirib:

“Bu, çox nadir hallarda rast gəlinən hadisədir. Səsləndirmə sistemi başlanğıc stansiyadan işə düşərkən texniki problem yarana bilər. Lakin qatar hərəkət zamanı mərkəz stansiyalarda bu problem düzəldilə bilər. Belə hallarda maşinist ilə rabitə qurularaq sərnişinlərə məlumat verilir”.

Metropoliten rəsmisi “28 May” metrostansiyasında qatarın dayanması ilə bağlı da şərh verib:

“Qatarlarda texniki problem yoxdur. Sadəcə intervallar tam təmin olunduqdan sonra bəzi stansiyalarda qatarlar qrafik üzrə bir neçə saniyə tuneldə gözləyə bilər. Bu, normal haldır, xüsusilə intervallar azaldılıbsa, qatarların hərəkəti tam təmin olunmalıdır. Sərnişinlərə dəfələrlə bildirilir ki, qapıları saxlamasınlar, çünki hər saniyə əhəmiyyətlidir. Belə hadisənin baş verməsi texniki baxımdan mümkündür”.

Избранный
33
1
millitv.net

2Источники